Özünə inam əhəmiyyətli bir fərdi xüsusiyyətdir. İnam hissi bizə həyatla baş etməmizi və problemlərlə həqiqi bir şəkildə mübarizə aparmağımızı təmin edər və çətinliklərə dayanmamızı asanlaşdırır. Özünə inam qazanmaq prosesi, həyatın əhəmiyyətli çətinlikləri ilə başa çıxma gücünə sahib və xoşbəxt olmağa layiq bir adam olma təcrübəsidir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, özünə inam insana güc verir, enerjisini artırır və daha çox səy göstərməyə təşviq edir. Müvəffəqiyyət üçün ilham mənbəyidir. Uğurlarımızla qürur duymamızı və onlardan zövq almamızı təmin edər.
Bizim yanaşmamızdan asılı olaraq başqa insanlar və xaricimizdəki hadisələr özünə inamımızı yüksəldə, ya da sonlandıra bilər. Həyata özünə inamlı bir şəkildə yaxınlaşmaq və bunu davam etdirmək vacibdir. Ancaq həddindən artıq bir güvən duyğusu ilə hərəkət edərək özümüzü və digər insanları narahat etmə riskini də almamaq lazımdır.
Özünə inam olmadıqda işləri edə bilmə qabiliyyətimizə əmin ola bilmərik. Lazımlı bacarığa və təcrübəyə sahib olduğumuzu bildiyimiz halda, daha əvvəl heç etmədiyimiz bir işlə qarşılaşdığımızda narahat oluruq. Bir çox hallarda, xüsusilə qərar verdiyimiz halda və ya yeni insanları işin içinə qatmamız lazım olan vəziyyətlərdə narahat olarıq.
Özünə inam, hədəflərimizin arxasından gedərkən bizə güc verir. Uğurlarımızla doyum və rahatlıq hiss etməmizə icazə verir. Özünə inamımızın güclü olması vəziyyətində müvəffəqiyyət bizə təbii və doğru gəlir.
Bir çoxumuz, müəyyən zamanlarda, müəyyən insanlarla və müəyyən vəziyyətlərdə özümüzü etibarlı hiss edərkən, bəzi hallarda, zamanlarda və bəzi insanların qarşısında özünə inamımızı itiririk. Özümüzə olan güvən duyğumuza nələrin təsir etdiyini doğru anlamamız lazımdır.
Bunun üçün bu sualları özümüzə verməli və dürüst cavablar tapmalıyıq.
Özümüzə ən çox güvəndiyimiz zamanlar hansılarıdır? Qabiliyyətlərimizə əmin olduğumuz və özümüzü ən rahat hiss etdiyimiz vəziyyətlər nələrdir?
Qarşısında özünə inamımızın ən yüksək olduğunu düşündüyümüz insanlar kimlərdir? Nə üçün?
Onlar bizə özünə inamımızı artıracaq nə söyləyirlər və ya nə edirlər?
Nə zaman özümüzə olan etibarımızı ən aşağı olduğunu hiss edirik?
Özünə inamımızı azaldan nələrdir?
Hansı insanlar və hansı vəziyyətlər bizim özümüzü etibarsız hiss etməmizə səbəb olur?
Deyilən ya da edilənlər nələrdir?
Bu suallara cavab verərkən hazır olmadığınız yeni vəziyyətlərdən ya da geyimlərdən və xarici görünüşünüzün yaxşı olduğu zamanlardan söz edə bilərsiniz. Özünə inam, əsasən özümüzü necə hazırladığımız və özümüzü necə gördüyümüz ilə əlaqədardır. Özünə inam gəlib gedən, azalıb artan bir duyğudur. Bəzi günlər özümüzü digər günlərə görə daha etibarlı və güclü hiss edərik. Bəzi günlərdə də özümüzü yoldaşlarımızın yanında qeyri-kafi hiss edərik və ya öz qabiliyyətlərimizi davamlı olaraq onlarınki ilə müqayisə edərək yaşayarıq.
Özünə inamımızın zəiflədiyi vəziyyətlərdə edə biləcəyimiz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bəlkə başqa insanların, sizin sahib olmadığınız bacarıqları vardır. Ancaq siz də böyük ehtimalla onların edə bilmədiyi bəzi şeyləri edə bilirsiniz.
Milli.Az
Maraqlı
Özünə inam hissini necə artırmalı
13 Aprel 2019 19:15
0 Şərh
Baxış: 981
DİGƏR XƏBƏRLƏR
- Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR? - VİDEO
- Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO
- Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO
- "Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna
XƏBƏR LENTİ
- Velosipedi belə oğurladı - ANBAAN VİDEO
- Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR? - VİDEO
- Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
- Bakı və Moskva yeni siyasətə başlayır
- Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - FOTOlar
- Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
- Heydər Əliyev sayəsində bu problemlər həll olundu - Veteran
- "Allahıma sonsuz şükür, nə yaxşı ki...”
- Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcək
- Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
- Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO
- Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO
- Azərbaycana və Heydər Əliyevin fəaliyyətinə böyük minnətdarlıqla yanaşıram - BAM veteranı
- Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə bu qədər daşınmaz əmlak alıb
- Sərhəddə işlər başladı - RƏSMİ
- Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO
- "Bu fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq" - VİDEO - FOTO
- "Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna
- Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
- Rafael İskəndərovdan ad günü VİDEOsu gündəm oldu - oğlu ilə...