Maraqlı

“CinemaPlus”da Azərbaycan dilində “Kefli valideynlər” - VİDEO

2 Aprel 2019 17:04
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus" kinoteatrlar şəbəkəsi 2019-ci ildə "Cinemazadeh" studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunmuş "Kefli valideynlər" komediyasının nümayişinə başlayıb.

Milli.Az xəbər verir ki, dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüsser Cəfər Axundzadədir.  

Filmi Oksana Rəsulova, Vüsal Hacıqədir, Əlixan Rəcəbov, Təranə Ocaqverdiyeva, Rəhim Rəhimov, Rauf Ağakişiyev, Toğrul Rza və Mahir Mirişli səsləndirib.

Filmin rejissoru Fred Vulfdur. Baş rollarda məşhur hollivud aktyorları Salma Hayek və Alek Bolduin çəkilib.

Film haqqında qısa məlumat: Ailə cütlüyü Frenk və Nensi dostları və qızlarından tam maliyyə iflasını gizlətməyə çalışırlar. Bunun üçün onlar hər şeyə gedirlər, hətta özgəsinin malikanəsini kirayə verirlər. Lakin avantürist cütlük inanılmaz fırıldaqlarını həyata keçirə biləcəklərmi? Axı onların hər bir addımı içmək üçün əla bəhanədir...

"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.