Maraqlı

Qara rəngli paltarlarınız tez solur? - İnanılmaz çarə - FOTO

2 Aprel 2019 13:24
0 Şərh     Baxış: 5 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paltarların üzərinə qəsdən çay və ya qəhvə dağıtmaq ağılsız fikir kimi səslənə bilər. Xüsusən də, bu ləkələri paltarın üzərindən təmizləmək mümkünsüz olduğu halda...

Amma ABŞ-ın Ohayo ştatında yaşayan 3 uşaq anası bunun, əslində, qara rəngli paltarların solmaması üçün gözəl üsul olduğunu aşkarlayıb.

Anna Luther adlı qadın şəxsi bloqunda (My Life and Kids) bu barədə məlumat yayıb.

O, "çamaşırxana sirri" adlı qeydində bildirib ki, paltaryuyan maşına 2 fincan qəhvə və ya çay əlavə etmək qara rəngli paltarın rənginin solmasının qarşısını alır.

"Qara cinslərdən tutmuş, sviter, köynək və başqa qara paltarlarımın hamsının rəngi tez solurdu. İndi buna çox gözəl çarə tapmışam. Paltar yuyan maşına 2 fincan qəhvə əlavə etməklə problemi asanlıqla həll edirəm. Yox, sizin paltarlarınız qəhvəxanalar kimi qoxmayacaq", - Anna bloqunda yazıb.

Qeyd edək ki, başqa bir məlumata görə, paltar yuyulan zaman üzərinə sirkə tökmək onun tez qurumasını təmin edir. Lakin iy qalıcı ola bilər.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.