Maraqlı

Dünyada ilk dəfə: qara dəliyin fotosu çəkildi - FOTO

11 Aprel 2019 08:54
1 Şərh     Baxış: 3 137

Avropa Cənub Rəsədxanasının alimləri M87 qalaktikasının mərkəzində yerləşən qara dəlik üfüqünün fotolarını çəkiblər.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Event Horizon Telescope adlı qlobal teleskoplar şəbəkəsi vasitəsilə aparılmış iş barədə astronomlar Avropa Komissiyasının və Avropa Tədqiqat Şurasının birgə mətbuat konfransında açıqlama veriblər.

Alimlər dünyada ilk dəfə olaraq qara dəliyin "kölgəsi"nin - hadisələr üfüqündəki şüalanma fonunda tünd məkanın görüntüsünü əldə ediblər. Bu obyekt Yerdən 53 milyon işıq ili məsafəsində yerləşən qalaktikadadır. Alimlər Süd Yolunun mərkəzində yerləşən, qara dəlik sayılan kompakt "Oxatan A" radiomənbəsinin ilk fotosunu da əldə ediblər.

"Event Horizon Telescope"a dünyanın 8 məkanındakı rəsədxanalar daxildir. Onların hamısı birlikdə diametri 10 min kilometr olan vahid teleskop kimi fəaliyyət göstərirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    aea · 11 Aprel 10:1001

    Yəqin, Qara dəlik o biri dünyadər, ölənlərin ruhu ora gedir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.