Maraqlı

Dünyanın ən nüfuzlu pasportları bilindi

29 Mart 2019 07:18
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Henley&Partners" şirkətinin tərtib etdiyi siyahıya əsasən, Yunanıstan pasportu nüfuzuna görə dünyada altıncı yerdədir. Belə ki, Yunanıstan vətəndaşları 184 ölkəyə vizasız səfər edə bilərlər. ABŞ, İrlandiya, Kanada və Belçika vətəndaşları da eyni sayda ölkəyə səyahət etmək hüququna sahibdirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk sırada Yaponiya, Sinqapur və Cənubi Koreya qərarlaşıb. Bu ölkələrin vətəndaşları 189 ölkəyə maneəsiz səfər edə bilərlər. İkinci yerdə Almaniya (188 ölkə), üçüncü yerdə isə Danimarka ilə yanaşı, Fransa, Finlandiya, İsveç və İtaliyadır. Bu göstərici üzrə siyahıda sonuncu pillədə İraq, Əfqanistan, Suriya və Somali dayanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.