Maraqlı

Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib

26 Mart 2019 23:04
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda Nadir şahın hədiyyə etdiyi Quran kitabı aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərq Əlyazmaları Fondunda rəqəmli arxiv yaradılması prosesi zamanı Nadir şahın Dağıstan hakimlərindən birinə hədiyyə etdiyi yeddicildlik Quran kitabı, İncilin VII əsrə aid gürcü dilinə tərcüməsi və digər unikal kitablar, sənədlər aşkar edilib.

Şərq Əlyazmaları Fondunun müdiri Şamil Şıxəliyev jurnalistlərə bildirib ki, tezliklə elektron kataloq yaradılacaq və arxivdə saxlanılan ümumilikdə 40 mindən çox əlyazmanın, o cümlədən 1009-cu ildən 1930-cu ilədək olan dövrdə müsəlman elmləri sahəsini əhatə edən 3 mindən çox əlyazmanın rəqəmsal surətləri internet istifadəçilərinə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.