Maraqlı

Kompüter xətası Almaniyada 50-dən çox reysi təxirə saldı

26 Mart 2019 22:34
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın ən iri hava limanı sayılan Frankfurt hava limanında proqram təminatında meydana gələn problemlə əlaqədar 54 hava reysi təxirə salınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Lufthansa" hava yolları şirkəti məlumat yayıb.

Yaranmış vəziyyətlə əlaqədar dörd minə yaxın sərnişin təyinat nöqtəsinə uça bilməyib.

Proqram təminatında meydana gələn xəta,  havada olan təyyarələrin, onların marşrutlarının və təxmini çatma vaxtları ilə bağlı məlumatların əldə olunmasına əngəl yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.