Maraqlı

Yağlı yemək... yağsız yeməkdən daha yaxşıdır

26 Mart 2019 22:25
1 Şərh     Baxış: 4 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağlı qidalar qəbul edilməsi ömrü uzadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Stenford və Harvard universitetlərinin alimləri uzunmüddətli tədqiqatlar nəticəsində belə qənaətə gəliblər.

Onların fikrincə, doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır. Bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər isə orqanizmdə daha tez sorulur və piylənməyə səbəb olmur. Bunun əksinə, heyvan mənşəli yağlar piylənmə və artıq çəkiyə, eləcə də müxtəlif xəstəliklərə aparıb çıxarır.

Tamamilə yağsız yeməklər qəbul edilməsi də məsləhət görülmür, çünki onun qəbulu maddələr mübadiləsini pozur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.