Maraqlı

Müğənni klip çəkilişində özünü güllələdi

26 Mart 2019 11:59
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı 35 yaşlı kantri müğənnisi Castin Karter ehtiyatsızlıq nəticəsində tapança ilə özünü güllələyib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda The Sun nəşri məlumat yayıb.

Bədbəxt hadisə Hyüstonda, klip çəkilişləri zamanı baş verib. Musiqiçi rekvizit qismində istifadə olunan tapançanın tətiyini çəkib. Silahın içində patron olduğundan, açılan güllə onun başına tuş gəlib və müğənni yerindəcə keçinib.

Qeyd edək ki, iki azyaşlı qızı olan müğənni yaxın zamanda ABŞ-ın 10 ştatında konsert verməyi planlaşdırıdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.