Maraqlı

Latviyada yenidən yay vaxtı tətbiq ediləcək

27 Mart 2019 05:30
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyada martın 31-də yay vaxtına keçilməsi barədə qərar qəbul edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Latviyanın İqtisadiyyat Nazirliyi yay və qış vaxtına keçilməsi məsələsində qəti qərar qəbul edə bilmir. Çünki Avropa İttifaqı da bu barədə dəqiq nəticəyə gəlməyib. Tikinti sahəsində çalışan insanlar, habelə ölkəyə gələn turistlər Latviyanın birdəfəlik yay vaxtında qalmasını tələb edirlər. Çünki xüsusən payız və qış aylarında hava sürətlə qaralır. Həmçinin aparılan sorğular deməyə əsas verir ki, saatların ildə iki dəfə çəkilməsi insanların iş qabiliyyətinə və sağlamlığına mənfi təsir edir.

Latviya hökuməti ölkədə birdəfəlik yay vaxtının tətbiq olunmasının tərəfdarıdır. Litva və Estoniya da yay vaxtının tətbiq edilməsində maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.