Maraqlı

Təyyarə yanlış ölkəyə uçub

25 Mart 2019 21:44
2 Şərh     Baxış: 3 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londondan Almaniyanın Düsseldorf şəhərinə getməli olan "British Airways" hava yollarına məxsus təyyarə yanlışlıqla Şotlandiyanın paytaxtı Edinburqda eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb pilota səhv məlumat verilməsi olub. Sərnişinlər yanlış ölkəyə gəldiklərini pilotun Edinburqa yaxınlaşdığını açıqladığı zaman biliblər. Hava limanında sərnişinlər 2 saat yarım gözləyiblər. Yanacaq doldurulduqdan sonra təyyarə 800 km aralıqdakı Düsselldorfa yola çıxıb.

Hazırda şirkət bu qarışıqlığın səbəbini aydınlaşdırmağa çalışır. Rəsmi açıqlamaya görə, pilot ona verilmiş uçuş planı üzrə hərəkət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.