Maraqlı

Pulu özünə çəkən ən güclü "maqnit"

25 Mart 2019 20:42
6 Şərh     Baxış: 18 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfnə yarpağı yeməklərə dad verən bitkidir. Lakin çox adam bilmir ki, dəfnə yarpağı evə rifah və pul-bərəkət cəlb edir.

Milli.Az xəbər verir ki, qədimdə dəfnə yarpaqları uzun müddət müxtəlif rituallarda istifadə edilən sehrli bir maddə sayılıb. Dəfnə yarpağı evə xoşbəxtlik və müvəffəqiyyət gətirir. Təsadüfi deyil ki, qədim zamanlarda qaliblər dəfnə çələngləri ilə taclandırılardı.

Dəfnə yarpaqları sərvət cəlb edilməsinə də kömək edir. Evə var-dövlət cəlb etmək üçün bir çox sadə və çox effektiv rituallar var. Məsələn, ezoteriklər hesab edir ki, pəncərənin yaxınlığında bir dəfnə ağacı qoymaq evə sərvət cəlb edir. Dəfnə ağacının təsirini artırmaq üçün yanına bir neçə zənginlik rəmzi sayılan əşyalar qoyun: zinət əşyası, cüzdan və s.

Yaxud da bir neçə dəfnə yarpağını pul kisəsinin ayrı bir cibində saxlayaraq pul cəlb edə bilərsiniz.

Axşam isə bir ədəd dəfnə yarpağını yandırıb tüstünün ətrafa yayılması lazımdır. Dəfnə yarpağını yandırdıqdan sonra sehrli sözləri təkrar etmək lazımdır:

"Ətrafımı dəfnə yarpağının ətri bürüyür və gündən-günə zəngin olacağam. Pul yaxında həyatıma daxil olacaq və mən sonsuzadək ehtiyacın nə olduğunu unudacağam".

Yaxud da 3 dəfnə yarpağına portağal yağı əlavə edərək onun gücünü artırmaq olar. Portağal da qədimlərdə zənginlik simvolu sayılıb, odur ki, dəfnə yarpağı ilə güclü birləşməsi zənginliyi artırmağa kömək edəcək.

Dəfnə yarpağı ilə əmin-amanlığı necə cəlb etmək olar?

Evin çiçəklənməsi və müvəffəqiyyət cəlb etmək üçün xüsusi ayindən istifadə etmək olar. Onun üçün yeddi yarpaq dəfnə yarpağı və al-qırmızı sap lazım olacaq. Tam ay çıxanda, gün batdıqdan sonra yeddi dəfnə yarpağını al-qırmızı sapla bağlayın. Eyni sapla yarpaq dəstəsinə istənilən qəpik və ya sikkəni bağlayın. Beləliklə, hazırlanmış talismanı qapının üstündən asın. Bir ay sonra talismanı çıxarıb yarpaqları bütün otaqlarda pul saxlanılan yerlərə yerləşdirin. Dəfnə yarpaqlarından birini isə cüzdana qoyun. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.