Maraqlı

Quranda həftənin hansı günlərinin adı zikr olunub?

26 Mart 2019 19:10
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hamımız bilirik ki, bir həftədə 7 gün olur;  Amma adı Quranda zikr olunan həftə günlərinin hansılar olduğunu bilirikmi? 
 
Milli.Az maide.az-a istinadən bildirir ki,  Allah Taala müqəddəs kitabda  həftə günlərindən ikisinin adını zikr edib.  Həftə günlərinin adı zikr olunan ayələri təqdim edirik: 
 
1 - Şənbə günü 3 ayədə zikr olunub: 
 
"Bəqərə" surəsi, 65-ci ayə: 
 
وَلَقَدْ عَلِمْتُمُ الَّذِینَ اعْتَدَوْا مِنْكُمْ فِی السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِینَ
 
65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: "Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!" (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).
 
"Nisa" surəsi, 27-ci ayə: 
 
یا أَیهَا الَّذِینَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰ أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ ۚ وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا
 
47. Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi, onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din və kitab)ın təsdiqi olan (və bu Peyğəmbərin və onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qurana) iman gətirin. Allahın əmri həmişə yerinə yetəndir.
 
"Əraf" surəsi, 163-cü ayə: 
 
وَاسْأَلْهُمْ عَنِ الْقَرْیةِ الَّتِی كَانَتْ حَاضِرَةَ الْبَحْرِ إِذْ یعْدُونَ فِی السَّبْتِ إِذْ تَأْتِیهِمْ حِیتَانُهُمْ یوْمَ سَبْتِهِمْ شُرَّعًا وَیوْمَ لَا یسْبِتُونَ لَا تَأْتِیهِمْ كَذَلِكَ نَبْلُوهُمْ بِمَا كَانُوا یفْسُقُونَ
 
163. Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman ki, şənbə günü həddi (balıq ovunun haram olması hökmünü) aşırdılar; o zaman ki, onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.
 
2. Cümə günü 
 
Quranda cümə adı ilə surə var və bu surənin 9-cu ayəsində cümə günü həftə günlərindən biri kimi zikr olunub.
 
"يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ 
 
9. Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.