Maraqlı

Əməllər etiqadin göstəricisidir

26 Mart 2019 22:20
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 284-cü ayəsində buyurur:

لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

"Göylərdə və yerdə olan hər şey Allaha məxsusdur. Qəlblərinizdə olanı aşkarlasanız da, gizlətsəniz də Allah ona əsasən sizinlə haqq-hesab çəkər. İstədiyini bağışlayar və istədiyini də cəzalandırar. Allah hər şeyə qadirdir!"

Milli.Az maide.az-a istinadən bildirir ki, Əllamə Təbatəbai "Əl-mizan" təfsirində yazır: "İnsanın iki növ qəlb haləti var: Bəzən ixtiyarsız olaraq qəlbdən bir şey ötüşür. İnsan belə təsəvvürlərə görə günaha batmır. Çünki belə təsəvvürlər bizim ixtiyarımızda deyil. Amma insanın pis əməllərinə səbəb olan və ruhunun dərinliyində möhkəmlənən ruhi hallara görə cəza var."

Olsun ki, ayədə küfr, haqqın gizlədilməsi kimi qəlbə aid günahlar nəzərdə tutulmuşdur. İnsanı günaha aparan müqəddimə təsəvvürlər ayənin məqsədi olmaya da bilər.

İnsan öz ruhiyyəsinə, qəlb halına görə məsuldur. Bu məsələ Quranda dəfələrlə işarə olunmuşdur. O cümlədən:

وَلَكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ

-"Allah sizi qəlblərinizin kəsb etdiyinə görə cəzalandırar." ("Bəqərə" surəsi, ayə 225.)

وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ

-"Doğrudan da, gizlədənin qəlbi günahkardır." ("Bəqərə" surəsi, ayə 283.)

إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولـئِكَ كَانَ عَنْهُ مَسْؤُولاً

-"Həqiqətən, qulaq, göz və qəlb hər biri sorğuya çəkilər." ("İsra" surəsi, ayə 36.)

إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ

-"O kəslər ki, möminlər arasında pislik yaymaq istərlər, onları dünya və axirətdə şiddətli əzab gözləyir." ("Nur" surəsi, ayə 19.)

İmam Əli (ə) buyurmuşdur: "Xalq öz düşüncə və niyyətlərinə görə cəzalandırılar." ("Nəhcül-bəlağə", xütbə 45.)

BİLDİRİŞLƏR

1. Allah həm mütləq malik, həm mütləq alim, həm də mütləq qadirdir.

2. Kuzənin çölünə çıxan nəm onun içindəkindəndir. İnsanın əməlləri onun düşüncə tərzi və iç etiqadının göstəricisidir.

3. Tərbiyəçi xalqı ümid və qorxu arasında saxlamalıdır.

("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 284-cü ayənin təfsiri.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.