Maraqlı

Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

25 Mart 2019 19:37
0 Şərh     Baxış: 1 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. Bu göstəriciyə yetkin və daha sonra qocalan orqanizmdə iki proses təsir edir. Bizlərdən bir çoxu fikir verib ki, yaş artdıqca zaman daha sürətlə axır. Uşaqlıq vaxtında günlər sonsuz zaman kimi gəlir və həmin vaxtda çoxlu sayda yeni təəssüratlar olur. Yetkin yaşda isə onlar çox sürətlə keçirlər.

Milli.Az-ın "technote"yə istinadən məlumatına görə, amerikalı fizik Adrian Bejanın nəzəriyyəsinə əsasən bu fenomenin izahını bizim sinir sistemimizin quruluşunda axtarmaq lazımdır.

Alim öz nəzəriyyəsində qeyd edib ki, insanın böyümə prosesi zamanı onun sinir sistemindəki əlaqələr daha qəliz və genişləndirilmiş olurlar. Bu isə o deməkdir ki, sinir impulslarının hissiyat orqanlarından şüura çatması üçün daha çox zaman lazım olur.

İnsan qocalan zaman onun neyronları tənəzzülə uğrayır. Bu isə elektrik siqnallarının sürətlərinin aşağı düşməsinə əlavə təsir göstərir. Nəticədə cavan insanların yaşadıqları müəyyən zaman intervalının eynisini yaşayan qoca insanlar daha az sayda yeni obrazlar əldə edirlər. Bu isə zamanın sürətlənməsi kimi anlaşılır. Adrian Bejanın fikrincə bu nəzəriyyənin dolayı sübutu kimi gözlərin hərəkət sürətini misal gətirmək olar. Körpələrin gözləri böyük yaşlı insanların gözlərindən fərqli olaraq daha sürətlə hərəkət edirlər. Alimin fikrincə ola bilsin ki məhz buna görə yenicə doğulmuş uşaq bir zaman intervalında daha çox məlumatı emal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.