Maraqlı

Sərnişin qatarlarının GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və... - FOTO

24 Mart 2019 16:45
1 Şərh     Baxış: 17 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qatarla səyahət etmək, relslərin taqqıltısı altında yuxuya dalmaq, sıraya düzülən, sürətlə keçən təbiət təsvirlərini seyr eləmək insana ayrı bir zövq verir. Amma qatarda da münasib şərait ola... Köhnə, istismar müddətini başa vurmuş, antisanitar, təhlükəli qatarda uzaq yol getməyi kim istər?! O da var ki, istəməklə deyil, hansı ölkənin qatarı ilə səyahət edəcəksənsə, şəraitə qatlanmalı olacaqsan. Bəs görəsən, müxtəlif ölkələrin qatarlarında vəziyyət necədir?

Milli.Az publika.az-a istinadən bununla bağlı yazını təqdim edir:

Yaponiya

Yaponiya - ən yaxşı yataq-vaqonları ölan ölkə sayılır. Bu baxımdan Avropanı da geridə qoyublar. Səliqəli, rahat, müasir yataqlar sərnişinlərin komfortlu səyahətinə hesablanıb. Bu ölkədə qatarların çoxu ikimərtəbəlidir. Hər kiçik kupe bir-birindən pərdə ilə ayrılır.

Tailand

Tailand - bu ölkənin də qatarları sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Hətta II sinif sərnişin qatarları da zövq almaq üçün əlverişlidir.

Çin

Çin - bu ölkədə ucuz qatarlar o qədər ürəkaçan olmasa da, bir az artıq ödəməklə, uzun səfərlərin həzzini çıxarmaq olar. İstəyənlərə ayrıca, hər bir şəraiti olan kupe də təklif olunur.

Kanada

Kanada - təyyarə şəraiti ilə müqayisədə əlbəttə geri qalır. Amma ən əsası sürət qatarlarında mənzərələrdən həzz almaq, pulsuz verilən peçenye və meyvələrdən dadmaq olar.

Hindistan

Hindistan - həə, bax burada relslər də susur... Bu ölkənin qatarlarında səyahət tam bir işgəncədir. Təbii ki, əcnəbilər üçün. Hindlilər özləri bu durumdan o qədər də narazı deyillər. Həm də səyahət edən əcnəbilər şikayət edirlər ki, burada təkcə antisanitariya deyil, oğurluq, əxlaqsızlıq da baş alıb gedir.

MDB ölkələri

MDB ölkələri - keçmiş sovet ölkələrində vəziyyət düzəlib. Çünki vaxtilə bu ölkələrin də qatarlarında səyahət xoşagəlməz idi. Sovet yazıçılarının əsərlərinə bel bağlasaq, "proletar tanışlıqlar" da az olmurdu. Ən azından, indi rahat, təhlükəsiz səyahət etmək mümkündür. Əlbəttə ki, bir çox postsovet ölkələrinin qatarları elə keçmişdə də qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.