Maraqlı

Coli kinodan gedir

24 Mart 2019 14:49
0 Şərh     Baxış: 889

Hollivud ulduzu, aktrisa Ancelina Coli karyerasını bitirir.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun "The Sherbrook Times"a istinadən verdiyi xəbərə görə, Coli yeni həyata başlamaq üçün bu addımı atmaq qərarına gəlib. 

Nəşr yazır ki, aktrisa Los-Ancelesedən doğulduğu və bütün ömrünü keçirdiyi Nyu-Yorka köçmək qərarına gəlib. O, özünü teatr sahəsində sınamaq niyyətindədir.

O da qeyd edilir ki, Colinin bu qərara gəlməsinə aktyor Bred Pitdən boşandıqdan sonra həmkərlarından dəstək almaması səbəb ola bilər. Belə ki, aktrisaya ayrılıq dönəmində elə də uğurlu film və rol təklifləri gəlməyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.