Maraqlı

Qəhvədə prostat xərçənginin dərmanı tapılıb

23 Mart 2019 21:25
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın molekulyar  bioloqları qəhvə dənələrində prostat xərçənginin müxtəlif tiplərini, o cümlədən çarəsi olmadığı sanılan növlərinin  inkişafını yavaşladan, hətta dayandıran maddələri aşkarlayıblar.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, onlar bu barədə Barselonada  Avropa Uroloqiya Asossasiyasının  Konqresində bəyan ediblər.

"Bu, çox vacib və maraqlı ixtiradır, lakin insanları qəhvə içməyə məcbur etmək lazım deyil. Bu içkinin müsbət olduğu kimi mənfi xüsusiyyətləri də var. Digər tərəfdən  biz iddialarımızı təsdiqləsək və bu maddələrin necə işlədiyini anlasaq, "məğlubedilməz" prostatın ilk dərmanını ala bilərik", - deyə Kanadzavı Universitetindən Atsuşi Mizokami  bəyan edib.

Qeyd edək ki, kişilər arasında şişin ən geniş yayılmış növlərindən olan prostat xərçəngi ürək-damar, ağ-ciyər xərçəngi və  melanomadan sonra ən çox ölümə səbəb olan xəstəlikdir. ÜST-ün məlumatına görə 65-70 yaşdan sonra hər 7-ci kişi xərçənxgin bu növündən əziyyət çəkir. Xəstəliyin digər növlərində olduğu kimi, bunda da pasiyentin həyatı onun nə qədər tez müəyyən olunmasından asılıdır.

Tibb işçilərinin sözlərinə görə,prostat xərçənginin statistikası ilə bağlı məlumat toplanarkən qəhvə sevərlərin  digərlərinə nisbətən şişin bu növündən 11 faiz az əziyyət çəkməsi onların diqqətini cəlb edib.

Alimlər dərhal təcrübəyə başlayıblar və məlum olub ki, qəhvədə olan iki  maddə -kafestol və kaveol güclü xərçəng əleyhinə xüsusiyyətə malikdirlər. Onların kambinasiyası prostat xərçənginin ən "məğlubedilməz" növlərinin  inkişafını iki dəfə azaldıb. Bundan başqa, bu birləşmələrin yüksək konsentrasiyası şişin daha az dözümlü növünün hüceyrələrini məhv edib.

Onların necə işlədiyini alimlər hələ müəyyən edə bilməyiblər,bununla belə ən yaxın vaxtlarda bu maddələrin fəaliyyət sirini açmağı planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.