Maraqlı

2 yaşlı uşağın udduğu maqnit muncuqlardan mədəsində qolbaq düzəldi - Həkimlər şokda

22 Mart 2019 22:19
0 Şərh     Baxış: 2 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəxanaya ürək bulanma, ağrı, qusma ilə gətirilən 2 yaşlı uşağı rentgen edən həkimlər onun mədəsində kiçik bir qolbaq olduğunu görür. Uşağın anası etiraf edib ki, uşaq oynayarkən maqnit muncuqları bir-bir ağzına salıb. Ana əvvəl elə bilib ki, o muncuqları ağzında gizlədir. Amma ağız boşluğuna baxanda mincuqların artıq udulduğunu görür. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə Çinin Monqol rayonunda baş verib. Ana özü muncuqları uşağın mədəsindən çıxarmaq istəsə də bu onda alınmayıb.

Dərhal xəstəxanaya çatdırılan qızın mədəsində bir-birinə yapışaraq qolbaq formasını alan muncuqları endoskop vasitəsilə çıxarmağa müvəffəq olublar. Muncuqların bir neçəsi mədə divarını zədələmişdi. 

Həkim bildirib ki, əgər muncuqlar bağırsağa kimi çatsaydı, nəticə daha dəhşətli ola bilərdi. Həkimlər valideynləri muncuqlu oyuncaqların körpələrə verilməməsi çağırışını edib.

Xatırladaq ki, tibbdə körpələrin kiçik maqnit, muncuq, düymə udması halları çox olur. Amma muncuqların bir-birinə birləşib, qolbaq şəklini alması nadir vəziyyətdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.