Maraqlı

Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu?

23 Mart 2019 20:20
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran tədrici bir metodla nazil olduğu üçün və hər hansı bir hökm Quranda olmadığı zaman Allah rəsulu ya həmin hökmün gəlməsini gözləyərdi ya da əhli kitabın kitablarında olanla hökm edərdi. Quranda bu barədə belə buyrulmaqdadır:

"Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar mömin deyillər." (Maidə 5/43)

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, təfsir kitablarında və hədislərdə bu ayənin nazil olma səbəbləri geniş qeyd olunmaqdadır. Arzu edənlər bu mənbələrə də baxa bilərlər.

Quran tamamlanana qədər Musa əleyhissəlamdan sonra gələn bütün peyğəmbərlər Tövratda olanla hökm vermişlər. Allah Məkkədə nazil olmuş olan Ənam surəsinin 90-cı ayəsində: "Onlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl..." buyurmaqdadır. Bu ayədə doğru yola yönəltdiyi şəxslərin peyğəmbərlər olduğu qəsd edilməkdədir. Son peyğəmbərə "Sən də onların haqq yoluna yönəl..."- deməklə, əmr olunan və əhl-i kitab tərəfindən bilinən əsaslara uymağı əmr etməkdədir. Bu əmrə uyma, son ayədə nazil olan "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (Maidə 5/3). Məsələn bunlardan biri, qiblə məsələsidir. Rəsulullah ilk illər namazı Qüdsə yönələrək qılmışdır. Sonra Bəqərə surəsinin 144-cü ayəsi nazil olduqdan vaxt üzünü Məkkədəki Kəbəyə dönərək qılmağa başladı. Bundan əlavə bir çox hədis rəvayətlərində də Quranda olmayan hökmləri Tövrata əsaslanaraq tətbiq etmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.