Maraqlı

İslam ümumbəşəri dindir

23 Mart 2019 23:15
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam cahanşümul dindir. Bu din mesajlarını tayfa, qəbilə, millət, xalq fərqi qoymadan, indiki, gələcək zaman demədən, Asiya, Avropa, Amerika, Ərəbistan və s.-i nəzərə almadan açıq-aşkar hər kəsə təqdim edir. Dolayısı ilə o bütün bəşərə səslənir.

Milli.Az din.az-a istinadən bildirir ki, bunu Muhəmmədə (s) qədər olan peyğəmbərlərin "ey qövmüm, ey qövmüm..." ifadəsinin Reyğəmbərimizin dövründə "ey insanlar" halına gəlməsində də görmək mümkündür. Həmçinin bunu təsdiq edən bir çox ayə və hədis də göstərmək mümkündür:

"Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik" ("Ənbiya" surəsi, 21/107) ayəsi, "hər peyğəmbər öz tayfasına göndərildi. Mən isə bütün bəşəriyyətə göndərildim" hədisi həmin dəryadan ancaq bir damcıdır.

Ancaq İslam dini cahanşümul olduğunu göstərərkən "mən cahanşümul bir sisteməm..." kimi iddia ilə ortaya çıxmayıb. Bəlkə o belə bir iddiadan daha çox ortaya qoyduğu maddi-mənəvi dinamikləri etibarilə cahanşümul olduğunu sübut edib. Yəni İslam dini fərd, ailə və cəmiyyət həyatımıza elə dinamiklər və mesajlar təqdim edib ki, bəşərin təbiəti ilə uyğun gələn, uzlaşan bu mesajlar onun cahanşümul din olduğunun dəlili olub.

İslam bunu qarşısına məqsəd qoyarkən əvvəlcə insanı bütün müsbət və mənfi cəhətləri ilə bir bütöv halında qəbul edib. Hissləri, arzuları, ehtirası, kini, nifrəti, hirsi və məhəbbəti kimi... bütün cəhətləri ilə. Və onun gətirdiyi bu mesajlar qəbul edilən insan təbiətinin dəyərləri ilə heç vaxt toqquşmayıb. Buna görə də insan halal şəkildə axtardığı hər şeyi, hər hansı bir ziddiyyətə məruz qalmadan İslamda tapa bilər. Məsələn, fərd kamil insan olmaq istəyirsə, brahmanizm, mistisizm, buddizmdən heç nə gözləmədən İslama müraciət etməsi kifayətdir. Onun ailə nizamı, uşaq tərbiyəsi, qohumları ilə münasibətində bir problemi varsa, İslamın qaydalarına tabe olması kifayət edər. İqtisadi həyatı çətin vəziyyətdədirsə, Quran və Sünnənin hökmləri hər dərdə dərman olduğu kimi bu dərdə də əlacdır...

Bəli, İslam hər dərdə dərmandır, rububiyyət, uluhiyyət, ubudiyyət tövhidindən tutmuş ailəvi münasibətlərimizə, ictimai əlaqələrimizə kimi hamısına əlacdır. Həm də başqa bir şeyə ehtiyac qoymayacaq tərzdə.

Həmçinin İslamın çox az bir müddət ərzində Ərəbistan Yarımadasında ortaya çıxmasına baxmayaraq, Buxaraya, Sindabada, Çinə, Herakl qalasına (Herkul Bürcünə), Hindistana, Afrikaya, Bizansın qapılarına qədər gedib çıxması, getdiyi hər tərəfdə rəğbətlə qəbul edilməsi də ancaq onun mesajlarının cahanşümul olması ilə izah edilə bilər. Təsəvvür edin ki, etiqadla bağlı yüzlərlə nəzəriyyənin qol-budaq atdığı bu yerlərə İslam qılınc gücü ilə deyil, ardıcıllarının səsi və nəfəsi ilə daxil olur. Uranium atomu kimi hərəkətli, tarixdəki missiyası ilə bəşərin taleyinə hökm edən Türklər İslamla sakitləşərkən, Nirvanaya bağlanmış və ölmədən ölüm qabığına çəkilməyə namizəd olan millətlər də yenə İslamla həqiqi yaradılışı hiss ediblər.

Demək ki, bir-birindən tamamilə fərqli olan bu iki xarakter İslamın müştərək bir əsasında birləşə biliblərsə, bunun səbəbini İslamın qaydalarında axtarmaq lazımdır.

İslamın bu xüsusiyyətini kəşf edən Qərb dünyası bir inadkarlıq uğruna bu inkişafın qarşısını almaq üçün yüz illərdir var gücü ilə çalışır. İndi də bu çalışmasına davam etdiyi kimi... Əslində Avropa bir vaxtlar orta əsrlərdəki zülmətini yaşayarkən, İslam Asiyada intibah dövrünü yaşayırdı. Və bir mütəfəkkirin qeyd etdiyi kimi əgər kilsə təəssübkeşlik edib İslamın qarşısında Qədim Dövrə sığınmasaydı və şərtlə baxmasaydı, təbii ki, dünya bu günkü qaranlığı yaşamayacaqdı. Amma o gedib bütpərəstlik dövrünün düşüncələrinə sığındı və hələ də həmin mütəəssibliyini davam etdirir.

İslamın ümumbəşəriliyini onun bəşəriyyətə gətirdiyi qayda və qanunlarda axtarmaq lazımdır. O qadına, kişiyə, uşağa nə vəd edib? İqtisadi və ictimai çalxantılara qarşı necə bir sistem yaradıb? Bəşəri problemlərə necə həll yolu tapıb? Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıqların qarşısında nələr deyib? Dövlətlərin tarazlığı üçün hansı təkliflər gətirib və s. Bəli, siz bütün bunları tədqiq etdiyiniz vaxt onun fövqəlsistem, aləmşümul bir xüsusiyyətə malik olduğunu görəcək, hər kəsin dərdinə dərman olduğunu müşahidə edəcək və deyəcəksiniz ki, "İslam həqiqətən də cahanşümul dindir".

Yeri gəlmişkən qeyd etmədən ötə bilməyəcəyim bir məsələ də ondan ibarətdir ki, İslamın cahanşümul din olduğunu təkcə Quranı əsas alaraq söyləmək həqiqətə uyğun deyil. Məncə onun ümumbəşəriliyini Quran ayələri ilə yanaşı, səhih Sünnə və Raşidi xəlifələri ictihadlarının arasında da axtarmaq lazımdır.

Qısası, biz mövcud olduğumuz gündən bugünə kimi həmişə İslamın ümumbəşəriliyinə inanmışıq. Bəli, Quran və Sünnənin kifayət etməsi ilə qarşımızda bir çox "izm"lərlə ifadə edilən fikirlərin mövcudluğuna baxmayaraq, heç vaxt tərəddüd keçirməmişik. Əksinə, bunların İslamı əvəz edə bilməyəcəyinə inanmışıq. Hətta illərlə kommunizmin əsarəti altında əzilən insanların da bir gün eyni cəbhənin insanı olacağına inamımız tamdır. Kifayət edər ki, bizə İslam dinini təbliğ və təmsil etməyə imkan verilsin. Heç bir şeydən narahatçılımız yoxdur. Çünki biz İslamın fərdi, iqtisadi, ictimai, ailəvi, hərbi... yəni həyatımızı maraqlandıran hər sahədə gətirdiyi dinamiklər, təqdim etdiyi mesajlarla cahanşümul din olduğunu bilir, qəbul edir və inanırıq. 14 əsrdən bəri düşmənlərinin əziyyəti, dostlarının da vəfasızlığına baxmayaraq, İslamın hələ də təptəzə əsaslarla ayaq üstə, dimdik qalması bunun bir dəlili deyimli?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.