Maraqlı

Dünyanın ilk sualtı restoranı - FOTO

22 Mart 2019 18:19
0 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçdə Avropanın ilk, dünyanın isə ən böyük sualtı restoranı açılacaq.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, restoran ölkənin cənubunda yerləşən Lindesnes şəhərində aprel ayının 2-də açılacaq. 

5,5 metrlik dərinlikdə inşa edilən restoran 100 nəfər qonaq üçün nəzərdə tutulub. 

Restoranın kənardan görünüşü dəniz dərinliklərindən yüksələn qayanı xatırlatdığından "Under" adlanır. 

Layihənin inşası Misir Kitabxanası ilə Norveç Milli Opera və Balet binasını inşa edən "Snohetta" şirkətinə həvalə edilib. 

Restoranın eni 11, uzunluğu isə 4 metr olan bir divarı demək olar ki, şüşədən hazırlanıb. Müştərilər dənizin dərinliklərindəki ən müxtəlif dəniz canlılarına, o cümlədən suitilərə rahat tamaşa edə bilərlər. 

Müştərilər bu məkanda danimarkalı aşpaz Nikolay Ellitsqard Peders tərəfindən hazırlanan menyuda, xüsusilə dəniz məhsulları və yabanı qoyunlardan hazırlanan təamları dadmaq imkanına sahib olacaq. Menyudakı yeməklərin dadına baxmaq üçün adambaşına 232 avro xərcləmək lazım gələcək.

Üç hissədən - giriş, bar və restorandan ibarət müəssisənin aprel ayının 2-də müştərilərin istifadəsinə veriləcəyi bildirilsə də, avqust ayına qədər bütün masalar artıq rezerv edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.