Maraqlı

Tacı əlindən alınan gözəl təşkilatçıları yalanda ittiham etdi - FOTO

22 Mart 2019 17:39
0 Şərh     Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 21-i tacı və titulu əlindən alınan "Miss Moskva 2018"in qalibi Alesya Semerenko baş verənlərə aydınlıq gətirib. 

Milli.Az News24.az-a istinadən xəbər verir ki, keçmiş Moskva gözəli bildirib ki, təşkilatçıların onu tacı sındırmaqda suçlamaları əsassızdır. Alesyanın dediyinə görə tac özü sınıq olub və öz əli ilə onu təşkilatçılara təslim edib. Hətta həmin anları kameraya çəkərək, instagram hesabının hekayə bölümündə paylaşıb. Görüntülərdə təşkilatçılar öz xoşları ilə sınıq tacı qəbul edib. Hətta xəbər verdiyi üçün Alesyaya təşəkkür ediblər. Lakin üstündən 3 ay keçdikdən sonra bəhanə uyduraraq, Alesyaya qarşı yuxarıda qeyd etdiyimiz qaydada davranıblar.

Təşkilatçılar Alesyanı tac və tituldan məhrum etmələrinin səbəbini həm də onunla əlaqələndiriblər ki, guya o, təşik olunan tədbir və mərasimlərdə iştirak etməkdən boyun qaçırıb. Eləcə də zənglərə cavab verməyib. Alesya isə iddi edir ki, təşkilatçılar tətəfindən çağırıldığı bütün tədbirlərə qatılıb. Sadəcə 1 həftə onunla əlaqə saxlamaq mümkün olmayıb. Bu barədə də əvvəldən təşkilatçılara məlumat verib. 

Qısası, Alesya bildirib ki, ittihamların hamısı bəhanədir. Nədən ki, onun tacında və titulunda əvvəldən kiminsə nəfsi və gözü varmış. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.