Maraqlı

Ceff Bezos sürətlə varlanmaqda davam edir: Sərvəti rekord səviyyəyə çatdı

22 Mart 2019 16:54
0 Şərh     Baxış: 1 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən zəngin adamı sayılan Ceff Bezos dayanmadan varlanır. Bu gün onun sərvəti 150 milyard dollara çatıb.

Milli.Az Bizimyol.info-a istinadən xəbər verir ki, "Amazon" şirkətinin rəhbəri təkcə son bir sutkada 1,73 milyard dollar qazanıb. Son bir ildə isə onu sərvəti 25,2 milyard dollar artıb.

Ümumiyyətlə, dünyanın ən zəngin adamlarının var-dövləti artmaqda davam edir. Təsadüfi halda onlar pul itirir. "Microsoft" şirkətinin rəhbəri Bill Qeyts sərvətini 101 milyard dollara çatdırıb. Son bir ildə 17,6 milyard dollar qazanan Bernar Arno da yalnız irəli gedir (86,2 milyard).

İlk 10-luqda heç nə dəyişməyib. Uorren Baffett (84,2), Amansio Orteqa (67,4), Mark Zukkerberq (65,4), Larri Peyc (59,5), Karlos Slim (58,5), Sergey Brin (57,9) və Larri Ellison (57,9) yenə liderlər qrupundadır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.