Maraqlı

7 növ bitki dənindən hazırlanan qovurğa - VİDEO

22 Mart 2019 17:54
12 Şərh     Baxış: 3 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baharın gəlişi ölkəmizin müxtəlif bölgələrində böyük sevinc və fərqli adət-ənənələrlə qarşılanır. Bu fərqlilik özünü bayram süfrəsi üçün hazırlanan təamlarda da göstərir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bayram süfrəsində bayram xonçasının olması vacibdir.

Xonçanın mərkəzində səməni, ailə üzvlərinin sayına uyğun şam, boyanmış yumurta, paxlava, şəkərbura, şorqoğalı və bayram çərəzləri qoyulur. Xonçaya qoyulanların üzərinə isə buğdadan hazırlanmış qovurğa səpilir. Əgər qovurğa sözünü ilk dəfə eşidirsinizsə, bilin ki, cənub bölgəsində, xüsusilə ilaxır çərşənbədə süfrələrə mütləq qovurğa hazırlanıb qoyulmalıdır.

Çərşənbədə yeddi növ bitki dənindən qovurğa qovururlar. Əsasən də buğda, qarğıdalı, noxud, günəbaxan tumu və küncütdən istifadə olunur.

Qovrulan qovurğa bərəkət rəmzidir ki, evdən bərəkət əskik olmasın, çörək, ruzi bol olsun. Novruz bayramının ən önəmli günü ilaxırçərşənbə hesab olunur. İnanca görə, həmin gün də hər kəs evində, ailəsi ilə bigrə olmalıdır. Əgər kimsə bayramı evində keçirməsə, 7 il doğma ocaqda bayram keçirmək ona qismət olmayacaq. Biz də sizlərə doğmalarınızla birgə xoşbəxt bayram keçirməyinizi arzu edirik, bayramınız mübarək!

Videonu izləmək üçün şəklə klikləyin:
7 növ bitki dənindən hazırlanan qovurğa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.