Maraqlı

Məşhur model 8 ilini həbsdə keçirəcək - FOTO

22 Mart 2019 19:29
1 Şərh     Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur çex model Tereza Hluskova məhkəmənin hökmü ilə 8 il 8 ay müddətinə həbs edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Tereza 8.5 kilo narkotik maddə ilə hava limanında həbs edilmişdi. Pakistanın Lahordakı məhkəməsi 23 yaşlı model barədə həbs qərarı çıxarıb. Hluskova ilə birlikdə hakim qarşısına çıxarılan Şoaib adlı pakistanlı isə azadlığa buraxılıb.

Qərardan sonra göz yaşlarına hakim ola bilməyən model apellyasiya şikayəti verəcək.

Hluskova model kimi 3 ay Pakistanda qalıb. O, Abu-Dabiyə uçmaq üçün hava limanına gedib. Onun çantasından 8.5 kilo narkotik maddə çıxıb. Çex model narkotik maddənin ona verilən hədiyyələrin arasında olduğunu bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.