Maraqlı

Otellərdə gizli kameralarla bağlı həbslər

21 Mart 2019 21:46
0 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın 10 şəhərində oteldə 1600 qonağı gizli kameralarla çəkərək internetdə müştərilərə pul müqabilində yayımladıqlarına görə bir neçə nəfər həbs edilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Cənubi Koreya polisinin bildirdiyinə görə, hadisə ilə əlaqədar dörd nəfər həbs edilib.

Kameralar 30 otelin 42 otağında televiziyalar, ştepsellər və fenlərə yerləşdirilib.

Video görüntülər 4 mindən çox internet istifadəçisinin 44 dollar 95 sent qarşılığında izləyə bilmələri üçün internet veb səhifəsində yayımlanıb.

Polis otellərin baş verənlərdən xəbərdar olmadıqlarını ehtimal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.