Maraqlı

Bütün Yer kürəsi işıqsız qalacaq: Bakı 30 martda...

21 Mart 2019 16:29
5 Şərh     Baxış: 6 625

İqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə 2007-ci ildən bəri təşkil edilən "Dünya saatı" (Earth Hour) tədbiri bu il də baş tutacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, dünya ölkələri artıq bu çağırışın gerçəkləşdirilməsi üçün hazırlıqlar aparır.

Yer kürəsinin, təxminən, yarısında təşkil edilən bu tədbir müxtəlif günlərdə keçirilsə də, hər kəs təbiətin qorunub saxlanılması və ətraf mühitin vurduğu ziyanların az da olsa, aradan qaldırılması məqsədi ətrafında birləşir. "Dünya saatı" əsasən, 20:30-21:30 saatları arasında baş tutur.

Bir çox inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bu ekoloji hərəkata dəstək verəcək. Hərəkatın tarixi 30 mart 20:30-21:30-a müəyyənləşdirilib.

Azərbaycanda "Dünya Saatı" 2011-ci ildən bəri qeyd olunur və ətraf mühitə dəstək verən gənclər təşkilatları, qurumları və şirkətləri tərəfindən dəstəklənir. Hərəkat çərçivəsində bir saatlıq tarixi abidələrin və məkanların işıqları söndürülür.

Qeyd edək ki, iqlim dəyişikliyinin təbiətə təsirlərinin azaldılması üçün həyata keçirilən bu tədbirə ötən il toplamda 6 qitənin 135 ölkəsindən iki milyard insan qatılmışdı. 3 mindən çox qurum 1 saatlığa işıqları söndürmüşdü.

Tədbirdən daha ətraflı məlumat əldə etmək üçün sosial media platformalarında "#DünyaSaati" etiketi ilə paylaşılan postlara nəzər yetirə bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    İşimiz var da · 21 Mart 16:5621

    Vəssalam da....

    Cavab yaz
  • Anonim
    ilham · 21 Mart 18:3440

    акстафада hемише иглим дейишиклийиди ишыглар чох кечир

    Cavab yaz
    • Anonim
      ... · 21 Mart 20:3910

      Ele Ismayillinin kendlerindede

      Cavab yaz
  • Anonim
    . · 21 Mart 20:3800

    Zibile dusdukdee

    Cavab yaz
    • Anonim
      Qonşular · 21 Mart 21:2500

      Bizim məhlə 3cü gün zibildədi, həyətin işıqları yanmır

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.