Maraqlı

Çinli qumarbaz borca düşdü, azyaşlı oğlunu satdı

21 Mart 2019 15:52
1 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Quyçjou əyalətinin, Quyan şəhərinin sakini borcun altından çıxmaq üçün bir yaşlı oğlunu satıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, işsiz olan həmin şəxs qumar alüdəçisidir. Mütəmadi olaraq internetdə mərc oyunları oynadığından 60 min yuandan (təx.15 min manat) çox borcu yığılıb.  Götürdüyü borcu qaytara bilmək üçün oğlunu tanımadığı bir cütlüyə təklif edib. O gənc ailəyə yalandan and-aman edib ki, həyat yoldaşı ilə boşanıb və uşağını təkbaşına boya-başa çatdırmağa heç bir imkanı qalmayıb. Onlar pul müqabilində uşağı övladlığa götürüblər.

2018-ci ilin noyabr ayında "qumarbaz" ata oğlunu 1,8 min kilometr uzaqda, başqa əyalətdə yaşayan "alıcılara" aparıb. Həyat yoldaşını sakitləşdirmək üçün uşağın nənəsinin yanında qaldığını deyib. Ana hər dəfə oğlunu soruşanda, ona yeni-yeni bəhanələr gətirib.

Üç aydan sonra qadın ərinin onu aldatdığından şübhələnməyə başlayıb. Onun mobil telefonunu yoxlayaraq, "alıcılarla" yazışmalarını aşkarlayıb. Əmin olmaq üçün qaynanasının evinə baş çəkib. Sonuncu ona nəvəsini uzun müddət görmədiyini söyləyib.  Bundan sonra o polisə müraciət etməli olub, əri isə aradan çıxmağa qərar verib.

Yalnız martın 14-də uşaq tapılaraq anasına təhvil verilib.  Bu arada hüquq mühafizə orqanları uzun müddət Quyan şəhərinin hotellərindən birində gizlənən "qumarbaz atanı" həbs edib. Ona qarşı insan alveri maddəsilə cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.