Maraqlı

Mən mütləq sədəqə verəcəyəm

21 Mart 2019 18:40
1 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Bir nəfər: "Mən müt­ləq sədəqə verəcəyəm"- dedi, sonra da (verəcəyi) sədəqəni götürüb evdən çıx­dı və özü də bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: "Oğ­ru­ya sədəqə veril­mişdir"- deyə danışmağa başladılar.
Bu adam: "Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm"- dedi, sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıl­dıq­da insanlar: "Bu gecə zinakar qadına sədəqə verilmişdir"- deyə danışmağa baş­ladılar.
Adam: "Allahım, həmd Sənə məxsusdur! Verdiyim sədəqə zi­na­kar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm"- dedi, sonra sədə­qəni götürüb ev­dən çıxdı və bilmədən onu varlı bir adama verdi. Səhər açıldıqda insan­lar: "Varlıya sədəqə verilmişdir"- deyə danışmağa başladılar.
Adam dedi: "Alla­hım, həmd Sənə məxsusdur! Verdiyim sədəqələr oğruya, zinakara və varlıya qis­mət oldu." Bundan sonra bir nəfər onun yanına gəlib dedi: "Oğruya ver­di­yin sədəqəyə gəlincə, ola bilsin ki, o, bundan ibrət alsın və oğurluq etməkdən əl çəksin. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o, ibrət alıb zinakarlığına son qoy­sun. O ki qaldı varlı adama, ola bilsin ki, o, bundan ibrət alsın və Alla­hın ona verdiyi nemətlərdən Onun yolunda xərcləsin." (əl-Buxari, 1421).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.