Maraqlı

Zeytun mübarək ağacdır

21 Mart 2019 18:20
0 Şərh     Baxış: 597

Zeytun ağacı Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü vardır. Zeytun həmişəyaşıl halda müxtəlif çətir formasında olur. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü - parlaq, kənarları burulmuş halda olur. Yarpaqları 2-3 il tökülmədən ağacın üzərində qalır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, tarixi mənbələrdən aydın olur ki, zeytun 1500-2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yağı həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. Onun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu və ətirli ədviyyat kimi istifadə edilmişdir.
Zeytun dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edilmişdir. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malik turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur.
Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən hipertoniya xəstəliyində istifadə edilir. Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır.   
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: "Zeytun yağından yeyin və ondan (başınıza) sürtün. Çünki o, mübarək ağacdandır." (Tirmizi, 1853). Yəni, yeməyinizə zeytun yağı qatın. Zeytun ağacının mübarək olması haqda Uca Allah Qurani-Kərimdə belə buyurur:
"Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi Biləndir" (ən-Nur, 35).

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.