Maraqlı

Uşaqlarda qarın ağrıları

21 Mart 2019 20:10
0 Şərh     Baxış: 2 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlarda qarnın mərkəzi hissəsində, göbəkətrafı nahiyədə lokalizə olan funksional ağrılar adətən təhlükəsiz olur. Əksər hallarda bağırsaqlarda qazın toplanması, bağırsaqların spazmı, gecikmiş defekasiya ilə bağlı olur.
Milli.Az sahhat.az-a istinadən bildirir ki, qarnın mərkəzi hissəsindən başqa hər hansı nahiyədə lokalizə olmuş ağrı isə xüsusi diqqət tələb edir.
Hansı hallarda mütləq həkimə müraciət olunmalıdır:
ağrı əsasən qarnın sağ-aşağı hissəsindədirsə;
ağrıdan öncə travma olubsa;
nəcisdə qan izləri aşkarlansa;
sidiyə getmə ilə hər hansı çətinlik yaranıbsa;
qarın ağrısı aşağıdakılarla birgə olsa:
- dəri örtüklərinin solğunluğu, tərləmə;
- ishal və yüksək hərarət;
- səpgi;
- yuxululuq.
Oğlan uşaqlarında ağrı qasıq nahiyədə və ya xayalarda yaranarsa mütləq həkimə müraciət etmək lazımdır. Çox vaxt belə ağrılar zamanı uşaqlar konsultasiya zamanı həkimdən çəkindikləri səbəbindən ağrının qarında olduğunu deyə bilərlər. Yumşaq və delikat tərzdə ağrının harada yerləşdiyini dəqiqləşdirmək vacibdir.
Uşaqlarda qarın ağrısının səbəbi bəlli olana qədər ağrıkəsici vermək olmaz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.