Maraqlı

Antibiotiklərlə bağlı yalnış fikirlər və reallıq

21 Mart 2019 19:10
0 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

❌Viruslara təsir göstərir.
✅Virus infeksiyaları zamanı antibiotiklər heç bir təsir göstərmir.
❌Virus infeksiyaları zamanı profilaktik effekt göstərir.
✅Antibiotiklərlə müalicə bakterial ağırlaşmaların qarşısını ala bilmir. Ağırlaşmalara gətirənlər isə səbəsiz təyin olunmuş antibiotikdən sonra "sağ qalan" bakteriyalardır. Beləliklə, artıq digər, birinci "faydasız" antibiotikdən daha güclü və bahalı antibiotikə ehtiyac yaranır.

❌Güclü və zəif olurlar.
✅Adətən biz antibiotiklərin keyfiyyətini onların qiyməti ilə əlaqələndiririk. Milli.Az sahhat.az-a istinadən bildirir ki, aaha bahalı antibiotikin daha yaxşı effekt göstərəcəyinə inanırıq. Lakin, bu heç də belə deyil.
Bütün bahalı antibiotiklərdən yalnız çox ciddi və çox nadir hallarda, xəstəliyin törədicisi əksər preparatlara dözümlülük göstərdiyi konkret mikrobun olduğu, pasiyentin halı təcili və effektiv yardım tələb etdiyi halda istifadə olunur.
❌İmmuniteti zəiflədir.
✅Müasir antibiakterial preparatlardan heç biri immun sisteminə mənfi təsir göstərmir. İmmunitetin zəifləməsində "günahkar" antibiotiklərin təyin olunmasına səbəb olan xəstəlikdir.
❌Antibiotiklərlə yanaşı göbələkəleyhinə preparatlar qəbul etmək lazımdır.
✅Antibiotiklərlə müalicənin əlavə təsiri olan kandidozun yaranması mümkündür və onun inkişaf etməsi göbələkəleyhinə preparatlarla dayandırıla bilər.
Lakin, göbələkəleyhinə preparatların profilaktik təsir göstərdiyinə və kandidozun yaranma şansının azalda bilmələrinə dair sübutlar mövcud deyil. "Profilaktik" məqsədlə adətən nistatin və flukonazol təyin olunur.
Nəticədə pasiyent lazımsız dərman qəbul etmiş olur və lazımsız maddi itkilər baş verir, kandidoz (müəyyən dərmana qarşı qeyri-həssas göbələklərin səbəb olduğu) yenə də yaranır və nəticədə daha güclü və effektli, və təbii ki, daha da bahalı dərman almağa məcbur oluruq.
Göbələkeleyhinə preparatların profilaktik təsir göstərmələri və kandidozun qarşısını almaları haqda heç bir sübut yoxdur!
❌Antibiotiklərlə müalicə zamanı bağırsaqlar üçün dərman qəbul etmək lazımdır.
✅Bağırsaqlar mikroflorasının müalicə tələb edəcək qədər zəiflənməsi olduqca nadir hallarda baş verir. Bu cür hallar geniş təsirli antibiotiklərin uzunmüddətli istifadəsindən sonra yaranır, xüsusilə yağlı yeməklərə üstünlük verilirsə, gücnən yedizdirilmə tətbiq olunursa.
Eyni zamanda, antibiotiklərlə müalicənin dayandırılması ilə eyni zamanda pəhrizin saxlanılması bağırsaqların mikroflorasının bərpa olunmasını qısa zamanda təmin edə bilər.
❌Antibiotiklərlə müalicə zamanı allergiyaya qarşı dərmanlar mütləqdir.
✅Məsələn, uşaqda ampisilinə qarşı allergiya vardır. Lakin biz bunu hələ bilmirik. Uşaq bir həb ampisilin qəbul edir və bir saatdan səpməyə, qaşınmağa başlayır. Antibiotikin qəbulu dayandırılır.
Başqa variant. Ampisilinlə eyni zamanda uşağa allergiyayaqarşı preparat olan suprastin verilir. Səpgi birdən-birə deyil, yalnız üçüncü ampisilin həbindən sonra yaranır. Beləliklə, uşaq ona əksgöstəriş olan ampisilinin artıq 3 həbini qəbul edib.
Nəticə: doğrudanda, antibiotiklərin qəbulu ilə bağlı allergik reaksiyalara tez-tez rast gəlinir. Belə hallarda birmənalı olaraq allergik reaksiya verən preparatın qəbulu dayandırılmalı, digər qrupdan olan preparatla əvəz olunmalıdır.
❌Antibiotikin qəbulundan sonra pasiyentin halı pisləşərsə preparatın qəbulunu dərhal dayandırmaq və digəri ilə əvəz etmək lazımdır.
✅Antibiotiklərin təsiri altında bakteriyaların məhv olması zamanı qana endotoksinlər atılır. Endotoksinlərə cavab reaksiya olaraq orqanizmin hərarəti artır, üşümə və titrəmə yaranır. Bütün bunlar müalicənin ilk sutkası ərzində xəstənin halının pisləşməsi kimi qiymətləndirilə bilər. Lakin, bu prosesin öz adı var - endotoksik reaksiya. Həkimlərə endotoksik reaksiyanı qeyri-effektiv dərmanlardan necə ayırd etmək lazım olduğunu öyrədən xüsusi dərslər deyilir.
Beləliklə, qəbul olunmuş (həb və ya inyeksiya şəklində) antibiotikdən sonrakı üşümə və hərarətin artması heç də preparatın sizə uyğun olmamasına və dərhal digər dərmanın qəbul olunmasına işarə olmamalıdır. Ən yaxşısı həkimi məlumatlandırmaq və onun məsləhətlərinə əməl etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.