Maraqlı

Uşağınızın görmə qabiliyyətini yoxlamısınızmı?

21 Mart 2019 18:10
0 Şərh     Baxış: 571

Uşağınızın görmə qabiliyyətini yoxlamısınızmı?

Milli.Az sahhat.az-a istinadən bildirir ki, mütləq uşağı oftalmoloqun yanına profilaktik müayinəyə aparın. Çünki məktəbə ilk dəfə qədəm qoyan uşağın gözlərinə düşən yük artacaq və görmə qabiliyyəti zəif olan uşağın gözləri bu yükə tab gətirməyə bilər. Belə hallar uşaqda baş ağrısı, yorğunluq əmələ gətirə və uşağın dərsə olan münasibətini pisləşdirə bilər.
Yuxarı sinif şağirdlərinin də görmə qabiliyyəti mütləq yoxlanılmalıdır. Sübüt olunub ki, yeni dərs ilinin başlanması ilə uşaqların yarıdan çoxunun görmə qabiliyyəti zəifləyir. Telefon və planşetlərdən istifadə də görmə qabiliyyətinə mənfi təsir edir.

Müayinə zamanı nələr yoxlanılmalıdır:
görmə itiliyi
göz təzyiqi
gözün ön kəsiyinin biomikroskopiyası
göz dibinin müayinəsi

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.