Maraqlı

Qalxanvari vəziniz necə işləyir?

21 Mart 2019 18:15
0 Şərh     Baxış: 1 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalxanvari vəzi xəstəlikləri bir çox hallarda uzun müddət ərzində gizli inkişaf edir. Əksər hallarda insanlar özlərində qalxanvari vəzi xəstəliklərinin müəyyən simptomlarını müşahidə etsə də onları digər xəstəliklər və pozulmalarla (ürək, sinir, mədə-bağırsaq sistemi xəstəlikləri və s.) əlaqələndirirlər. Nəticədə, xəstə vaxtında həkimə müraciət etmədiyindən və müvafiq tədbirlər görmədiyindən, xəstəlik daha da inkişaf edir, müxtəlif orqan və sistemləri hədəfə alır. Son araşdırmalar göstərir ki, orqanizmdə qalxanvari vəzi hormonlarının artması ürəyin ani dayanmasının riskini xeyli artırır.

Aşağıda qeyd olan simptomlardan birini və ya bir neçəsini özünüzdə müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin:
- səbəbsiz əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişməsi və ya daim pis əhval-ruhiyyə, həvəssizlik
- zəiflik, yorğunluq
- saçların tökülməsi
- ürək fəaliyyətində müxtəlif pozulmalar (aritmiya, taxikardiya), arterial təzyiqin tez-tez dəyişilməsi
- tez-tez təkrarlanan qəbizlik və ya ishal
- bədən çəkisinin səbəbsiz artması və ya azalması
- qadınlarda menstrual dövrünün pozulmaları, sonsuzluq.

Unutmayın! Vaxtında qoyulmuş diaqnoz və düzgün müalicə xəstəliyin qarşısının alınması üçün şərtdir!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.