Maraqlı

Sevgi metodundan istifadə edən riyaziyyat müəllimini işdən qovdular - FOTO

20 Mart 2019 13:24
3 Şərh     Baxış: 2 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texniki fənləri hər adam mənimsəmir. Hindistanda bunu nəzərə alan müəllim yeni metoddan istifadə edib. O, necə deyərlər, işin içinə sevgi qatmaq qərarına gəlib.

Milli.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, universitetdə birinci kurs tələbələrinə dərs deyən Çaran Sinqh yeni üç düsturdan istifadə edib: yaxınlıq - cazibə = dostluq; yaxınlıq + cazibə = məhəbbət; cazibə - yaxınlıq = eşqə düşmək.

Dosent leksiya zamanı tələbələrinə deyib: "Ər və arvad qocalanda cazibə qalmadığından dosta çevrilirlər. Məhəbbət hissi cütlük arasında cazibə olanda gəlir. Yaxınlıq olmayanda həmişə mübahisə edəcəklər".

Sonra müəllim cazibənin üstünə yaxınlığı gələndə cavabın necə olacağını soruşub. "Məhəbbət" cavabını veriblər. Müəllim əlavə edib: "Xarici ölkələrdə insanlar toplananlardan biri çatışmayanda avtomobilini, işini, hətta həyat yoldaşını dəyişir. Hindistanda isə hətta cazibə və yaxınlıq olmayanda da münasibətləri davam etdirirlər. Bunu uşaqlara görə edirlər".

Tələbələrdən biri müəllimin çıxışını videoya çəkib. Video populyarlaşandan sonra universitetin riyaziyyat kafedrasnda onu işdən qovmaq qərarı veriblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.