Maraqlı

Eyni zamanda hər iki əli ilə müxtəlif portretlər çəkən qız

20 Mart 2019 07:32
3 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc niderlandlı rəssam Racatsenna Van Dam 16 yaşında dünya şöhrəti qazanıb. O, şəkil çəkməyi müstəqil öyrənib. İndi onun əsərlərinin hər biri min avroya satılır və rəssamlıq məktəblərində vəsait kimi istifadə olunur.

Racatsenna solaxaydır. Əvvəllər yalnız bir əli ilə şəkil çəkib, lakin sonra hər iki əlini işlətməyə başlayıb. Özü də eyni vaxtda iki müxtəlif tablo çəkməyi öyrənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gənc rəssam rəngli karandaşlarla və gel qələmlərlə tanınmış şəxsiyyətlərin, cizgi filmi qəhrəmanlarının və komiks personajlarının real portretlərini yaradır. Rəssamın iş prosesini göstərən video internetə yüklənəndən sonra o, bütün dünyada məşhurlaşıb.

Racatsenna Van Dam deyib: "Mən bir neçə il fasilə götürüb şəkil çəkmədim. Yaradıcılığa qayıdanda daha sürətlə şəkil çəkmək üsulları barədə düşünməyə başladım. Eyni vaxtda hər iki əllə şəkil çəkmək məhz mənim ideyamdır. Sonra mən internetdə araşdırdım və başa düşdüm ki, əvvəllər heç kim rəngli karandaşlarla belə şəkil çəkməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.