Maraqlı

Beyindən qanı oğurlayan damar sindromu - Gözü qaralır, qolu keyləşirdi

19 Mart 2019 21:25
0 Şərh     Baxış: 2 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda növbəti uğurlu beyin-damar əməliyyatı icra olunub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, başgicəllənmə, göz qaralması, sol qolunda keyləşmə və sol qol təzyiqinin çox zəif olması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada 90% darlıq aşkarlanıb.
 
Eləcə də beyincik arteriyasının tərs axın ilə beyindən qanı oğurlayaraq (oğurlama sindromu) qolun qidalanmasına yardımçı olduğu müşahidə edilib. Bu səbəbdən beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Ahmet MEMİŞ tərəfindən bud arteriyasından 2 mm-lik dəliklə icra edilən endovaskulyar əməliyyat zamanı daralmış arteriyaya stent+angioplastika ilə 100% damar açıqlığı təmin edilib, qola və beyinciyə gedən qan axını bərpa olunub.

Xəstənin şikayətləri tam aradan qaldırılıb və hər iki qol təzyiqi bərabərləşdikdən sonra pasiyent əməliyyatın səhəri günü sağlam şəkildə evə yola salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.