Maraqlı

Əksər maliyyə şirkətləri süni intellektdən istifadə edir

21 Mart 2019 07:11
1 Şərh     Baxış: 408

"SAS" şirkəti və Qlobal Risk Peşəkarları Assosiasiyası (GARP) süni intellekt vasitələrinin bank sahəsində tətbiqinə həsr edilən tədqiqatın nəticələrini açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, artıq maliyyə xidmətləri sahəsində risklər üzrə mütəxəssislərin 81 faizi tərəfindən süni intellekt texnologiyalarının tətbiqinin effekti qiymətləndirilib. Bundan əlavə, süni intellektdən istifadə etməyən respondentlərin 84 faizi bu sistemlərin yaxın üç il ərzində tətbiqini planlaşdırır.

Rəyi soruşulanlar tərəfindən süni intellektin müsbət təsir göstərdiyi əsas sahələr kimi proseslərin avtomatlaşdırılması (52 faiz), kredit qabiliyyətinin qiymətləndirilməsi (kredit skorinqi - 45 faiz), məlumatların hazırlanması (43 faiz) qeyd olunur.

Süni intellektin tətbiqi üçün maneələr sosial gərginlik (məsələn, əmək bazarında dəyişikliklərlə bağlı narahatlıq) və müvafiq sistemlərlə iş üçün mütəxəssis çatışmazlığı olaraq qalır. Rəyi soruşulanların yarıdan çoxu - 52 faizi ixtisaslı kadr çatışmazlığına görə narahatdır.

Qeyd olunur ki, ümumilikdə maliyyə bazarı iştirakçıları əmindir ki, süni intellekt vasitələri əmək məhsuldarlığını yüksəldəcək, lazımi məlumatların əldə olunmasını sürətləndirəcək, eləcə də effektiv qərarların qəbulu üçün informasiya həcmini artıracaq və onun emalını sadələşdirəcək. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    . · 21 Mart 13:4200

    Ali mekteblerde bu sahe ile elaqeli fakultelerin sayi coxaldilmaldi.meselen sistem muhendisliyi genislendirilmeldi.suni intellektden genis istifade kutlevi issizliye de sebeb olacaq.amma faydalari bitib tukenmezdi.Hetta suni intellektin oqeder qusursuz ince hislere malik olacagi proqnozlasdirilir ki.hetta seir yazmagi cox maraqli duygusal hemsohbet olmagi bele mumkun olacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.