Maraqlı

Xiaomi Black Shark 2 smartfonu təqdim olundu

21 Mart 2019 08:31
0 Şərh     Baxış: 654

"Xiaomi" şirkəti "Black Shark" adlı oyun smartfonunun ikinci nəslini təqdim edib. Bu, ötən il təqdim edilmiş "Black Shark" və "Black Shark Helo" smartfonlarının varisidir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Black Shark 2" smartfonu "Full HD+" (2340x1080 piksel) təsvir ölçülü 6,39 düymlük ekran, 48+12 MP-lik ikiqat əsas kamera və 20 MP-lik ön kamera, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Aparat, həmçinin "Qualcomm Snapdragon 855" prosessoru, 6/8/12 QB-lıq əməli və 128/256 QB-lıq daxili fləş yaddaşa malikdir. 2 ədəd SIM kart, "4G VoLTE", "Wi-Fi" (802.11ac), "Bluetooth 5", "GPS+QLONASS" texnologiyaları dəstəklənir, "USB Type-C" portu mövcuddur.
 
Barmaq izi skaneri ekranın alt hissəsinə keçirilib.
 
Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 163,61x75,01x8,77 mm, çəkisi isə 205 qr-dır.
 
"Black Shark 2" smartfonu qara, gümüşü və göy rəngli korpuslarda təklif edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.