Maraqlı

Xiaomi Redmi A1 paltaryuyan maşınını təqdim etdi

21 Mart 2019 08:41
0 Şərh     Baxış: 706

Çinin ağıllı telefon istehsalçısı smart xüsusiyyəti olmasa da məişət əşyaları sektoruna də daxil oldu.

Milli.Az chip.az-a istinadən bildirir ki, Xiaomi-nin alt markası Redmi keçirdikləri tədbirdə yeni ağıllı telefonlar - Nota 7 Pro və Redmi 7-i ilə yanaşı kabelsiz qulaqcıq Airdotsu təqdim edən şirkət həm də gözlənilməz bir məhsul olan Redmi A1 paltaryuyan maşınının da təqdimatını keçirib, satış qiymətini açıqladı. Üstdən açılan Redmi A1 paltaryuyan maşını 8 kq çəki tutumuna və aşınmaya qarşı davamlı metal səthə malikdir. Öz-özünü yuma və müxtəlif paltar yuma rejimləri olan Redmi A-in üst qapağının şəffaf olması sayəsində paltarlarınızı yuyunarkən görməyiniz mümkün olacaq. 94,4 sm hündürlüyə və 54,5 sm enə malik olan paltaryuyan maşınının özü isə 32 kq ağırlığındadır. Redmi A1 9 aprel tarixindən etibarən 799 yen-dən (120 dollar) şirkətin internet saytı üzərindən satışa çıxarılacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.