Maraqlı

Falcon Heavy raketinin növbəti uçuş missiyasının tarixi məlum oldu

21 Mart 2019 08:51
0 Şərh     Baxış: 372

SpaceX şirkətinin ağır raketi olan Falcon Heavy 7 aprel tarixində Lockheed Martin şirkətinin innovasiyalı peykini Yer kürəsinin orbitinə çatdıracaq. Daha sonra isə raket Yer kürəsinə geri qayıdacaq. Beləliklə Elon Musk ilk dəfə hər 3 raket blokunun enişini reallaşdırmağı planlaşdırır. Bu barədə Hightech.plus saytı xəbər verib. SpaceX şirkəti öz ağır raketin yeni uçuşu üçün sorğunu hələ yanvar ayında vermişdi. Məlumatlarda qeyd olunurdu ki, raketin uçuşu yaz fəsli üçün planlaşdırılır. CNBC saytı xəbər verib ki, uçuş aprel ayının əvvəlində baş tutmalıdır. Çox güman ki, 7 aprel tarixində.

Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən missiya çərçivəsində raket Yer kürəsinin orbitinə Səudiyyə Ərəbistanın Arabset şirkəti üçün telekommunikasiya peykini çatdrmalıdır. Sözügedən peyk isə Lockheed Martin şirkətinin mühəndisləri tərəfindən hazırlanıb. Qeyd etmək lazımdır ki, Falcon Heavy-nin ilk uçuşu keçən ilin fevral ayında reallaşdırılmışdı. Həmin uçuş çərçivəsində raket uğurlu şəkildə Tesla Roadster elektromobilini kosmosa göndərmişdi. İlk uçuş çərçivəsində şirkət ilk iki raket blokunu uğurlu şəkildə endirmişdi. Lakin üçüncü sürətləndirici blok saatda 480 km sürətlə Atlantik okeanına eniş etmişdi. Halbuki üçüncü blok Atlantik okeanında yerləşən xüsusi platformaya eniş etməli idi.

SpaceX ümid edir ki, bu dəfə hər üç raket blokunun enişində heç bir problem yaşanmayacaq. Məlumatda qeyd edilib ki, mühəndislər üçüncü raket blokunu təkmilləşdiriblər. Mənbələrin verdikləri məlumata əsasən raket kosmodromda artıq start vəziyyətində quraşdırılıb. Yaxın müddət ərzində şirkət raketin mühərriklərinin testini aparmalıdır. SpaceX şirkətinin növbəti missiyaları məhz Arabsat 6A missiyasının necə keçəcəyindən asılıdırlar. Belə ki, bu missiya uğurlu keçərsə, şirkətin növbəti missiyası ABŞ-ın hərbi hava qüvvələri ilə bağlanmış müqavilə çərçivəsində relllaşdırılacaq. Həmin missiya şirkətə 130 milyon dollar gəlir gətirməlidir. Beləliklə Falcon Heavy raketinin icarəsi ortalama 90-150 milyon dollara başa gəlir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.