Maraqlı

İnsansız dronun ilk sınaq uçuşu keçirildi

21 Mart 2019 08:15
0 Şərh     Baxış: 467

Xərci 2-3 milyon dollar olan Valkyrie döyüş dronlarının ilk uçuşu keçən həftə reallaşdırıldı.

ABŞ Hava qüvvələri, keçdiyimiz həftə XQ-58A Valkyrie təyyarə dronunun ilk sınaq uçuşlarını tamamladı. 5 martda uçuşu reallaşdırılan Valkyrie, 76 dəqiqə boyunca havada qaldı.

Yüksək səs sürətli insansız hava vasitəsi XQ-58A Valkyrie, 3128 km-lik məsafə qət edir və sürəti saatda 1000 km üstünə çıxır. Nəzəriyyədə insansız hava vasitəsi müşahidə etməyə köməkçi olsa da, ehtiyac halında hədəflərə atəş aça bilir. Gələcəkdə bu dronların süni zəka və inkişaf etmiş silahlarla da təchiz edilməsi gözlənilir.

Hazırlanması 2,5 il alan insansız hava vasitəsinin hər birinin xərci təxmini olaraq 2-3 milyon dollardır. Xərc olduqca yüksək görünsə də hərbi təyyarələrinin qiyməti 100 milyon dollar olduğunu nəzərə alsaq çox da bahalı görünmür.

Dronun iki ayrı fazada cəmi beş sınaqdan keçirilməsi planlanlaşdırırlr. Gələcəkdə keçiriləcək sınaqlarda vasitə sisteminin funksionallığı və aerodinamika performansı ölçüləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.