Maraqlı

İnternetin yaradıcısı qlobal şəbəkənin düşmənləri haqda danışdı

21 Mart 2019 08:35
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnterneti yaradan Tim Berners Li, dünya şəbəkəsinin 30-illiyinə həsr olunmuş görüşdə qlobal şəbəkənin düşmənləri haqda danışmışdır. Yaradıcının fikrincə, şəbəkə ictimai səhnəyə, kitabxanaya, həkim otağına, mağazaya, məktəbə, dizayn-studiyaya, ofisə, kinoteatra, banka və digər başqa məkan və vasitələrə çevrilib. Lakin internetdə baş verən daimi sui-istifadələr bu şəbəkənin həqiqətən xeyir gücü daşıdığına inanmağa şübhə yaradır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Berners Li internetin gələcək 30 ildə müsbətə dəyişməsinə inanmır. O, hesab edir ki, qlobal şəbəkənin tənzimləndiyi halda, onun neqativ dəyişikliklərindən yayınmaq mümkündür. Əsas təhlükələrdən biri, dövlətlərin maliyyələşdirdiyi haker hücumlarıdır. Onun sözlərinə görə, bu təhlükələri minimal həddə salan müəyyən qanun və sistemlər hazırlamaq lazımdır.

Berners Li, blogerlərin stimullarının dəyişdirilməsinin lazım olmasını hesab edir. Onun sözlərinə görə, bu kimi dəyişikliklər etmək üçün, birləşmiş veb-cəmiyyət yaradılmalıdır. O, hakimiyyət dairələrini, qanunları rəqəmsal dövrə uyğunlaşdırmağa çağırış etmişdir.

Bununla belə, internetin şəffaflığını, vətəndaşların isə hüquq və azadlıqlarının qorunmasını təmin etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.