Maraqlı

Azərbaycanda “Sən anlat Hacıqabul” filmi çəkilib - Ramiz Əzizbəyli də rol alıb - VİDEO - FOTO

19 Mart 2019 11:06
0 Şərh     Baxış: 2 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli filmə çəkilib.

Milli.Az xəbər verir ki, bu barədə mətbuata filminin rejissoru Ramil Adiloğlu məlumat verib.

O bildirib ki, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, "Sən anlat Hacıqabul" komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib:

"Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləriylə, həm də yüksək sənət nümayişiylə hər bir sənətçiyə örnəkdir. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq."

R.Adiloğlu onu da qeyd edib ki, "Sən anlat Hacıqabul" filmi "Aşkarlanmış lent" ("Found footage") janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sen Anlat HacıQabul - Film Trailer 2019

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.