Maraqlı

Dubayın öz “Şöhrət xiyabanı” olacaq

19 Mart 2019 08:10
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubayın öz "Şöhrət xiyabanı" olacaq

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın düz mərkəzində, "Daun taun" rayonunda yerləşəcək "Şöhrət xiyabanı"nda əvvəl 400 məşhurun adları həkk ediləcək. Perspektivdə burada 10 mindən çox ulduz yerləşdiriləcək. Bu, Hollivudun "Şöhrət xiyabanı"ndakından 4 dəfə çoxdur. Ulduzlar həm yerli, həm də əcnəbi mədəniyyət və idman xadimlərinin adlarını daşıyacaq. Dünyanın hər yerindən insanlar layihədə iştirak etmək üçün öz sevimli məşhurlarını təqdim edə biləcəklər.

Xiyabanın birinci növbəsi 2019-cu ilin oktyabrında açılacaq və qısa müddətdə Dubayın ən görməli məkanlarından birinə çevriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.