Maraqlı

Birləşmiş Ərəb Əmirliklərində startaplara 31 milyon dollardan çox sərmayə qoyulub

18 Mart 2019 23:07
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) startapları 31,36 milyon dollar həcmində sərmayə alıblar ki, bu da regionda baş tutan sövdələşmələrin ümumi məbləğinin 88 faizi qədərdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, statistik göstəricilərə görə, yerli və maliyyə xidmətləri, elektron ticarət üç əsas sahədir. Bu sahələrin payına ümumi sövdələşmələrin sayının 44 faizi düşür. Buraya, həmçinin logistika (9,3 faiz), proqram təminatı (7,1 faiz), media (4,6 faiz), təhsil (4,6 faiz) və nəqliyyat (4,6 faiz) kimi digər sahələr də daxildir.

Bu məlumatlar "AIM Startup"ın aprelin əvvəlində Dubayda keçiriləcək illik investisiya görüşünün ərəfəsində elan edilib.

BƏƏ-nin İqtisadiyyat Nazirliyinin təşəbbüsü olan "AIM Startup"ın məqsədi perspektivli startapçıları dünyanın hər yerindən olan investor və işgüzar partnyorlarla bir araya gətirmək və kapital cəlb etməyə, yeni bazarlara çıxmağa və iri investorlarla, biznes liderləri ilə, beynəlxalq təşkilatların və hökumətin nümayəndələri ilə konstruktiv işgüzar əlaqələr qurmağa səy göstərən yenicə addımlayan şirkətlər üçün ideal platforma kimi xidmət etməkdir.

"AIM Startup"da 20 mindən artıq ziyarətçi bir yerə yığışacaq, ekspertlər təlim və şəbəkə platformalarında zəruri vasitələrin təqdimatı üçün sərmayədarlara və sahibkarlara daimi dəstək təklif edəcəklər. Bu il çox ümidlər verən 500 mindən artıq startapçı bir məkana toplaşacaq və onlara öz novator qərarlarını qlobal auditoriyaya nümayiş etdirmək üçün şərait yaradılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.