Maraqlı

Birləşmiş Ərəb Əmirliklərinin sakinləri səmada qeyri-adi atmosfer hadisəsini müşahidə ediblər

18 Mart 2019 21:58
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinin səmasında meteorologiyada "yırtıq bulud" kimi tanınan qeyri-adi atmosfer hadisəsi müşahidə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görünüşünə görə uçan naməlum obyekti xatırladan buludun şəkli sosial şəbəkələrdə ajiotaj yaradıb. Meteoroloq-alimlər izah ediblər ki, bu, anomal hadisə deyil, səma törəmələrinin xüsusi formasıdır. Sıx toplanmış buludların sahəsində bəzən dairəvi və yaxud ovalşəkilli kənarları düz işıq şüaları əmələ gəlir.

Qeyd olunur ki, səmadakı bu "boşluqlar" hava nəqliyyatı yanacağının yanma məhsulu olan nüvə kondensasiyasının əmələ gəlməsi nəticəsində yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.