Maraqlı

Çin metrosunda sifət üzrə ödəniş sınaqdan keçirilir

18 Mart 2019 23:33
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin metrosunda sifət üzrə ödəniş sınaqdan keçirilir.

Hələ ki sərnişinlərin sifətinin tanınması sistemi Şençjen şəhərinin yeganə stansiyasında eksperimental rejimdə işləyir. Amma texnologiya sürətlə inkişaf edir və yaxın illərdə sifət üzrə ödəniş bütün ölkədə geniş yayılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şençjen şəhərinin metropolitenində Futyan stansiyasında sifət üzrə sınaq ödəniş sistemi istifadəyə verilib. Bilet təqdim etmək və ya smartfonda QR kodu skan etmək əvəzinə, sərnişinlər stansiyanın girişində kiçikölçülü ekrana yaxınlaşmalı və sifətlərini skan etməlidirlər. Sifətin tanınması sistemi insanı tanıdıqdan sonra avtomatik olaraq ona bağlı hesabdan pul çıxacaq.

Sözügedən texnologiya "Huawei" şirkətinin köməkliyi ilə hazırlanıb. Belə təhlükəsiz rabitə "5G" şəbəkəsi sayəsində həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.