Maraqlı

Fransız bəstəkarı Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb

18 Mart 2019 22:39
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız bəstəkarı və ifaçısı Didye Maruani Rusiyanın Xalq rtisti Filip Kirkorova qarşı yenidən iddia irəli sürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fransız bəstəkarı "Qəddar sevgi" ("Jestokaya lyubov") mahnısına görə müəllif hüquqlarının müdafiəsi üçün F.Kirkorov və bəstəkar Oleq Popkova qarşı 272 milyon rubl məbləğində iddia irəli sürüb.

İddiada deyilir ki, bəstəkar O.Popkov və ifaçı F.Kirkorov Didye Maruaninin "Symphonic Space Dream" mahnısının musiqisindən istifadə ediblər. İddia Moskva məhkəməsinə təqdim olunub.

Fransız bəstəkarı 2016-cı ildə də Kirkorova qarşı bu iddia ilə çıxış etmişdi. Lakin o zaman mahnıların musiqisində oxşarlığı sübut etmək mümkün olmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.